Ramil Hüseynzadə - Archmed həmtəsisçi və müəllim
1994-ci ildə Lənkəranda doğulmuşdur.
2005-2011 ci illərdə Türkiyə Dəyanat Vəqfi Bakı Türk Liseyində təhsil alıb.
2011-ci ildə TQDK imtahanından 695 bal yığaraq Azərbaycan Tibb Universitetin müalicə işi ixtisasına qəbul olmuşdur. Universitetdə təhsil aldığı zaman prezident təqaüdçüsü olmuşdur. 2017-ci ildə ATU-nu qırmızı diplomla bitirərərk rezidentruaya daxil olub.
2017-2019-ci illlər arasında 2 saylı Klinik Psixiatrik Xəstəxanada psixatriya ixtisası üzrə rezidentura təhsili alıb.
2019-2022-ci illərdə Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardımda həkim psixiatr kimi işləyib.
2020-ci ildən bu günə kimi Nəfəs Psixonevroloji Akademiyada həkim psixatr kimi fəalliyyət göstərir.
Təhsil müddətində müxtəlif elmi və tibbi konfransların əsas təşkilatçılarından biri olub. Bir neçə dəfə ölkə xarici (Polşa, Türkiyə, Avstriya və.s) konfrans və təlimlərdə iştirak edib.
Evlidir, bir övladı var.
 
 
Orxan İsgəndərov - Archmed həmtəsisçi və müəllim
1993-ci ildə Bakıda doğulmuşdur.
2010-cu ildə 252 saylı orta məktəbdən məzun olmuşdur.
2011-2017-ci ilərdə Azərbaycan Tibb Universitetdə müalicə işi ixtisası üzrə təhsil almışdır.
2017-2019-ci illlər arasında 2 saylı Klinik Psixiatrik Xəstəxanada psixiatriya ixtisası üzrə rezidentura təhsili alıb.
2019-2022-ci illər arasında Sumqayıt Psixiatriya Xəstəxanasında həkim psixiatr kimi fəaliyyət göstərib.
2020-ci ildən Nəfəs Psixoloji Sağlamlıq Akademiyasında həkim psixatr kimi işləyir.
2021-ci ildən Mərkəzi Klinik Xəstəxanada uşaq və yeniyetmə psixiatrı kimi fəaliyyət göstərir.
2022-ci ildən bu günə kimi Ege Hospitalda həkim psixatr kimi fəalliyyət göstərir.
Təhsil müddətində müxtəlif elmi və tibbi konfransların əsas təşkilatçılarından biri olub. Bir neçə dəfə ölkə xarici (Türkiyə, Fransa, Avstriya və.s) konfrans və təlimlərdə iştirak edib. Rotary Club Of Khazar üzvüdür.
Evlidir.
 
 

Kamran Məmmədov - Archmed həmtəsisçi və müəllim

1993 ci ildə Siyəzən rayonunda doğulmuşdur.

2011 ci ildə Quba Özəl Türk Liseyindən məzun olub. Həmin il Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisasına qəbul olmuşdur.

2017 ci ildə ATU-dan məzun olub.

2017-2021 ci illərdə ATU Tədris Terapevtik Klinikasında “Pulmonologiya” şöbəsində rezidentura təhsili almışdır.

2021-ci ildən indiyə kimi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim pulmonoloq kimi fəaliyyət göstərir.

 

Dürrəxanım Musayeva - Archmed'in biokimya müəlliməsi
1995-ci ildə Goranboy rayonunda doğulub.
2012-ci ildə orta məktəbi bitirib və Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
2018-ci ildə ATU Tibbi Profilaktika fakültəsindən məzun olub.
2018-2020 ci illərdə ATU Biokimya kafedrasının Biokimyəvi Laboratoriyasında rezidentura təhsili almışdır.
2020-2022-ci illərdə "Sağlam Ailə" tibb mərkəzində həkim-laborant kimi çalışmışdır.
2020-ci ildən Sumqayıt 3 sayılı Şəhər Xəstəxanasında laboratoriya şöbəsinin müdiri vəzifəsində çalışır.
2022-ci ildən "Central Clinic" tibb mərkəzinin Biokimyəvi laboratoriyasında həkim-mütəxəssis və inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışır.
Artıq 4-cü ildir ki, Archmed kursunda biokimya müəllimi kimi fəaliyyət göstərir.
Rezidentura baza mərhələsi üzrə biokimya fənnindən 200-dən çox tələbəyə dərslər keçib.